top of page

Haqqımızda

Biz SERA FLORES olaraq 1969-cu ildən etibarən kəsilmiş gül sektorunda istehsal və satışla məşğul oluruq. İstehsal istixanalarımızın məhsuldarlığı və illər ərzində formalaşan müştəri əlaqələrimizə əsaslanaraq deyə bilərik ki, Ekvadorda ən böyük və gündəlik ən təzə ehtiyatlara sahib çiçək istixanalarından biriyik. İstehsal istixanalarımız yalnız Ekvadorda deyil, Türkiyənin İzmir, Yalova və Antalya bölgələrində, həmçinin Azərbaycanın Bakı və Şabran bölgələrində yerləşir. Müştərilərimizi dünyanın hər yerindən təzə güllərlə təmin etmək strategiyamızın əsasını təşkil edir. Ən son texnologiyalarla qurulmuş istixanalarımızda, hər üç ölkədə olduğu kimi, çiçək şitillərinin keyfiyyətinə nəzarət edilir. Dünyanın qabaqcıl dərmanlama şirkətlərinin məhsullarından istifadə olunur. Məhsullarımızda səhv ehtimalını minimuma endirmək şirkətimizin əsas prinsiplərindən biridir. Güllərimiz həm keyfiyyət, həm də görünüş baxımından çeşidlənmiş və xüsusi qablaşdırma ilə ixracata hazır vəziyyətə gətirilir. Hər üç ölkədə həm daxili, həm də xarici satış həyata keçirilir

bottom of page